BAKI, 10 mart. TELEQRAF

ABŞ "Şimal axını" qaz kəmərini məhv edib, çünki öz qazını avropalılara satmaq istəyirdi və bu barədə bir çox məqamlar gizlədilir.

Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin Slovakiyadan olan üzvü Lyuboş Blaqa deyib.

"Vaşinqton öz qazını Avropa bazarına çıxarmaq məqsədini güdürdü, amma bunun qarşısını alan əsas maneə Rusiyanın qazı idi. Buna görə də əgər siz Amerikanın qazını Avropaya satmaq istəyirsinizsə, bütün rus marşrutlarını dayandırmaq və bloklamaq lazımdır. İlk növbədə, "Şimal axını" kəmərlərini məhv etmək lazımdır. Onlar bunu etdilər. Hamı bilir ki, bunu edənlər amerikalılardır, baxmayaraq ki, bəzən geopolitikada həqiqəti gizlədirlər. Amma bu dəqiqdir", - o qeyd edib.