BAKI, 10 mart. TELEQRAF

Yaponiyada fəaliyyətini dayandırmış dünyanın ən böyük atom elektrik stansiyası olan "Kaşivazaki-Kariva AES"də tüstülənmə baş verib.

Teelqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Tüstü altıncı enerji blokunda ehtiyat dizel generatorunun idarəetmə panelinin ərazisində olub. Alışma qısa müddətdə söndürülüb. Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Altıncı enerji bloku 2012-ci ilin martında texniki baxış üçün dayandırılıb və o vaxtdan bəri yenidən işə salınmayıb.