BAKI, 14 fevral. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.