BAKI, 11 mart. TELEQRAF

Bakının Sabunçu, Xəzər və Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 500 m² olan fəaliyyət göstərməyən fermanın yanar konstruksiyaları 450 m² sahədə yanıb. Fermanın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.