
GƏNCƏ, 10 mart. TELEQRAF
Gəncədə yolu keçən piyadanı maşın vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada 1960-cı il təvəllüdlü N. İ-ni maşın vurub.
65 yaşlı şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.