BAKI, 14 Fevral. TELEQRAF

Fevralın 13-də ümumi çəkisi 20,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərlə narkotik vasitələr götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.