BAKI, 8 noyabr. TELEQRAF

İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Siti” ardıcıl üçüncü məğlubiyyətini alıb.

Teleqraf xəbər verir ki, Mançester təmsilçisi səfərdə “Nottinqem Forest”ə 1:3 hesabı ilə uduzub.

Bundan əvvəl “şəhərlilər” “Aston Villa”ya (1:2) və “Brayton”a (0:1) məğlub olublar.

“Mançester Siti” yüksək liqa mövsümünə ardıcıl 7 qələbə ilə başlayıb, daha sonra isə 3 oyunluq məğlubiyyət seriyası yaşayan tarixdə ikinci komandadır.

Bu cür hadisə sonuncu dəfə 1904/05 mövsümündə “Şeffild Uensdey”də qeydə alınıb. Beləliklə, “Mançester Siti” 115 ildən sonra bu antirekordu təkrarlayıb.