BAKI, 8 noyabr. TELEQRAF
İranın Sirik, Cask və Bəndər Abbas şəhərlərində, eləcə də Qeşm adasında partlayış səsləri eşidilib.
Teleqraf "Tasnim"ə istinadən xəbər veeie ki, partlayışların səbəbi hələ müəyyən edilməyib. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazını müdafiə etmək səyləri ilə əlaqəli olması mümkündür.
Bundan əvvəl İRNA xəbər agentliyi Qeşm adasının şərq hissəsində iki partlayışın baş verdiyini bildirmişdi.