BAKI, 8 noyabr. TELEQRAF
UFC rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uayt bu fikri rədd edib. Amerika liderinin köməkçilərindən biri Trampın paylaşımının zarafat olduğunu iddia edib.
Qeyd edə ki, Amerika lideri əvvəllər "Truth Social"da yazırdı ki, Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. Tramp həmçinin yeni vəzifəni qəbul edəcəyi təqdirdə rusiyalı döyüşçülər İslam Maxaçev və Həbib Nurməhəmmədovu Uaytın köməkçiləri təyin etməyi təklif edib.