BAKI, 8 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə güclü partlayış səsi eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Partlayışlar Səudiyyə Ərəbistanının Mülki Müdafiə Qurumunun mümkün təhlükə ilə bağlı erkən xəbərdarlığından sonra baş verib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Ər-Riyada atdığı iki ballistik raketi ələ keçirərək məhv etdiyini açıqlayıb.