BAKI, 8 noyabr. TELEQRAF

BƏƏ Milli Qvardiyası Oman körfəzində yük gəmisində baş verən yanğından 22 nəfərin xilas edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xilas edilənlərin hamısı ərəb ölkələrinin vətəndaşları olub.

Əlavə məlumat verilməyib.