BAKI, 8 noyabr. TELEQRAF

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" platformasında paylaşım edilib.

"Qarabağın azad edilməsinin altıncı ildönümündə qardaş Azərbaycan xalqının və dövlətinin Zəfər Gününü təbrik edirik. Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, - paylaşımda deyilir.