BAKI, 8 noyabr. TELEQRAF
Finlandiya Rusiya Federasiyası ilə sərhəd müdafiəsini gücləndirmək üçün Ukraynadakı kimi tank əleyhinə maneələrin quraşdırılması imkanlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Valimiaki bildirib.
Rusiya artıq Ukraynaya tammiqyaslı müdaxiləsinin beşinci ilinə qədəm qoymasına baxmayaraq, hərbi imkanlarını bərpa etməyə başlayıb.
Valimiakinin sözlərinə görə, həmin münaqişədə Ukrayna qüvvələri düşmənin irəliləməsini yavaşlatmaq üçün geniş müdafiə xətlərindən və tank əleyhinə maneələrdən istifadə edib.
Rusiya ilə 1340 kilometrlik sərhədi olan və NATO-nun həmin ölkə ilə quru sərhədinin təxminən yarısını təşkil edən Finlandiya, Ukraynada istifadə edilən bənzər strukturların sərt şimal hava şəraitində necə davranacağını müəyyən etməlidir.
Valimiaki qeyd edib ki, Finlandiyadakı şərait daha çətindir: "Əgər biz Ukraynadakı qədər dərinlikdə istehkamlar tikib tank əleyhinə xəndəklər və ya maneələr qazsaq, nə qədər vaxt aparacaq?”
O qeyd edib ki, Rusiyanın silah arsenalını artırmaq səyləri müəyyən nəticələr göstərməyə başlayır.
Finlandiyanın bu cür yenidən silahlanmanın qarşısını almaq üçün heç bir yolu yoxdur. O, bildirib ki, məqsəd Rusiya qüvvələrini hücumun uğursuz olacağına inandırmaqla onları çəkindirməkdir.
Valimiaki əlavə edib ki, hazırda etdiyimiz hər şey, istər müttəfiqlik, istərsə də Finlandiya ilə bağlı olsun, Moskvanın daha irəli getməməsi üçün bir həd yaratmaq məqsədi daşıyır.