BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turuna bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, turun son günündə 2 oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında “İmişli” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Matçı baş hakim Əkbər Əhmədov idarə edəcək.
İmişli klubu 10 xalla turnir cədvəlinin səkkizinci, "kimyaçılar" isə 9 xalla doqquzuncu pillədə yer alır.
Turun bağlanış matçında isə “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək. Görüşün baş hakimi Kamal Umudlu olacaq.
“Sabah” 20 xalla turnir cədvəlinin üçüncü, “Şamaxı” isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl “Qarabağ” “Turan Tovuz”a (0:1) uduzub, “Neftçi” “Kəpəz”i (1:0), “Zirə” isə “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” matçında (2:2) isə qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
XI tur (“Zəfər turu”)
8 noyabr
15:00. “İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu
17:30. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”