BAKI, 8 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın UFC prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsi zarafatdır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” Ağ Ev nümayəndəsinə istinadla məlumat yayıb.
Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra Ağ Evdə baş verən daha genişmiqyaslı kadr dəyişiklikləri fonunda mətbuat katibi vəzifəsinə namizəd axtarır. Bununla belə, Ağ Evin nümayəndəsinin sözlərinə görə, Dana Uayta edilən təklif zarafat olub.
Donald Tramp bundan əvvəl “Truth Social” sosial şəbəkəsində Dana Uayta Ağ Evin mətbuat katibi olmağı təklif etdiyini yazmışdı. O, həmçinin Uaytın təklifi qəbul edəcəyi təqdirdə UFC-nin bir neçə döyüşçüsünü, o cümlədən rusiyalı idmançılar İslam Maxaçev və Həbib Nurməhəmmədovu onun köməkçiləri təyin etməyi təklif etmişdi.
CNN telekanalı mənbələrə istinadla UFC rəhbərinin ABŞ Prezidentinin təklifini rədd etdiyini bildirmişdi. Dana Uaytın özü isə noyabrın 9-da Tramp ilə Ağ Evdə görüş keçirəcəyini açıqlayıb.
Donald Tramp oktyabrın 25-də isə müğənni Niki Minajın yeni mətbuat katibi təyin olunmasını təklif etmişdi.