BAKI, 8 noyabr. TELEQRAF

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Eldar Əzizov qeyd edib ki, Azərbaycan xalqı çoxminillik tarixi ərzində ən layiqli və qürurlu dövrlərindən birini yaşayır:

“Azərbaycan dünya ictimai-siyasi sistemində əhəmiyyətli mövqeyə malikdir və Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənir”.