BAKI, 7 noyabr. TELEQRAF

Türkiyənin “Qalatasaray” klubunun almaniyalı futbolçusu Leroy Sane karyerasını ABŞ-də davam etdirə bilər.

Teleqraf “Takvim” nəşrinə istinadla xəbər verir ki, MLS-in 3 klubu 30 yaşlı vingeri transfer etmək üçün hərəkətə keçib.

Bildirilir ki, UEFA Çempionlar Liqasının “Ştutqart”la oyununda üç MLS klubunun nümayəndəsi Saneni izləyib. Həmin qarşılaşmada cəmi 13 dəqiqə meydanda olan futbolçuya görə klub rəhbərliyi ilə danışıqlar aparılıb.

ABŞ təmsilçilərinin qış transfer pəncərəsində “Qalatasaray”a rəsmi təklif göndərməsi gözlənilir. Sanenin də komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Leroy Sane cari mövsüm “Qalatasaray”ın heyətində 57 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun İstanbul klubu ilə müqaviləsi 2028-ci ilin yayında bitəcək.