BAKI, 8 noyabr. TELEQRAF
“Silahların dövlətin nəzarətində olmasına qarşı çıxan qruplaşmaların torpaqları zəbt etməsinə və İraq vətəndaşlarının hüquqlarını pozmasına imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İraq Baş naziri Əli əl-Zeydi deyib.
“Bu qruplaşmalar dini adlardan və şəriət əsaslı bəhanələrdən istifadə edərək, vətəndaşların hüquqlarını pozurlar”, - Baş nazir vurğulayıb.
İraq hökuməti 2027-ci il iyun ayınadək ölkə ərazisindəki qeyri-qanuni silahlı qruplaşmaları tərksilah etməyi planlaşdırır. Bura İranən proksi qüvvələri də daxildir.