BAKI, 7 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunda “Zirə” “Qəbələ”ni qəbul edib.
Teleqraf xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını David Volkov (11-ci dəqiqə) və Kris Diqbeu (89-cu dəqiqə) vurublar.
Qonaqların heyətində isə yeganə qolu İbrahim Akinade (14-cü dəqiqə) vurub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Qəbələ” isə 8 xalla onuncu yerdədir .
Xatırladaq ki, günün ilk görüşündə “Araz-Naxçıvan” səfərdə “Şəfa” ilə 2:2 hesablı heç-heçə edib. Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” isə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasının XI turuna sabah yekun vurulacaq.