BAKI, 8 noyabr. TELEQRAF

Yaponiyanın qərbindəki Şizuoka prefekturası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Zəlzələ 40 kilometr dərinlikdə baş verib. Zəlzələ nəticəsində dəmir yolu xidməti, o cümlədən Şinkansen sürətli qatarı fəaliyyət göstərməyib. Zəlzələlər səbəbindən Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə vəziyyət barədə məlumat verilməyib.

Zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb.