BAKI, 8 noyabr. TELEQRAF

İsrail Dövlətinin Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Təbrikdə qeyd olunub ki, bu tarixi gün Azərbaycan xalqının cəsarətini, dözümlülüyünü, milli birliyini və qətiyyətini təcəssüm etdirir.

Səfirlik Azərbaycanda sülhün, sabitliyin və rifahın davamlı olmasını, gələcək nəsillər üçün daha parlaq gələcəyin qurulmasını arzulayıb.