BAKI, 8 noyabr. TELEQRAF

Məhkəmə Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo haqqında təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu Ueno Bankı ilə bağlı istintaqla əlaqədar həbs qətimkan tədbiri seçib.

Teleqraf xəbər verir ki, bu barədə "ABC Color" məlumat yayıb.

Məlumata görə, hakim 15 günlük məhkəməyəqədər həbs qərarı verib. Prokurorluq Karvalyonu etibardan sui-istifadə, şəxsi mənfəət üçün vəzifə səlahiyyətlərindən sui-istifadə və saxta sənədlər hazırlamaqda ittiham edib.

Qeyd edək ki, məhkəmə bu iş üzrə 6 noyabrda impiçmentdən sonra vəzifəsindən uzaqlaşdırılmış Paraqvayın keçmiş prezidenti Santyaqo Penya üçün məhkəməyəqədər həbs qərarı verib. Prokurorun araşdırması dövlət və pensiya fondlarının Ueno Bankında yerləşdirilməsi, eləcə də bank qurumu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı mümkün pozuntularla bağlıdır.