BAKI, 7 may. TELEQRAF
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub.
Teleqraf xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasında SOCAR və “Azərişığ”ın komandaları üz-üzə gəliblər. 5:0 hesablı qələbə qazanan SOCAR turnirin qalibi olub.
Daha əvvəl üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.
***
18:44
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan IV minifutbol turniri davam edir.
Teleqraf xəbər verir ki, turnir çərçivəsində yoldaşlıq oyunu keçirilib.
“Parlament” və “Hökumət” komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma 6:6 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, Nazirlər kabineti komandasında Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, Milli Məclisdə isə Vüqar Bayramov çıxış edirdi.
”Hökumət” komandası
1. Fərid Qayıbov
2. Elçin Quliyev
3. Orxan Məmmədov
4. Şahin Bağırov
5. Ramin Məmmədov
6. Fuad Muradov
7. Azər Mursaqulov
8. Emin Əmrullayev
9.Vüqar Əhmədov
10. Fuad Nağıyev
“Parlament” komandası
1. Şahin İsmayılov
2. Azər Əmiraslanov
3. Zaur Şükürov
4. Ramid Namazov
5. Vüqar Bayramov
6. Müşfiq Cəfərov
7. Məzahir Əfəndiyev
8. Nurlan Həsənov
9. Emin İmanov
10. Samir Vəliyev.