BAKI, 5 fevral. TELEQRAF

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə yeganə qolu Hayderson Hurtado vurub.

Tərəflər arasında cavab görüşü martın 3-də keçiriləcək.

Qeyd edək ki, günün daha öncə baş tutan görüşündə “Qarabağ” səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olub. “Sumqayıt” – “Zirə”nin, “Sabah” – “Qəbələ” matçlarında isə qolsuz bərabərlik qeydə alınıb.