BAKI, 4 dekabr. TELEQRAF

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, bu raundun son oyununda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.

“Liv Bona Dea Arena”da keçirilən matçda Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

116-cı dəqiqədə fərqlənən Ryonosuke Ohori komandasını 1/4 finala daşıyıb.

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz” “Turan Tovuz”la, “Sumqayıt” “Zirə” ilə, “Şamaxı” “Qarabağ”la, “Sabah” isə “Qəbələ” ilə qarşılaşacaq.