SUMQAYIT, 4 dekabr. TELEQRAF
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin növbəti oyununda “Difai” və “Sumqayıt” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç “kimyaçılar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Sumqayıt klubundan Ronaldo Vaskes (9, 75 - pen.) dubl edib, Aleksandr Ramallinqom isə 90+2-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Ağsu təmsilçisinin yeganə qolunun müəllifi Kamil Qardaşlı (68) olub.
Qarşılaşmanın 84-cü dəqiqəsində “Difai”nin kapitanı Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Bununla da “Sumqayıt” 1/4 final mərhələsində “Zirə”nin rəqibi olub.