QƏBƏLƏ, 4 dekabr. TELEQRAF

“Bizon Azərbaycan Kuboku”nda 1/4 finala vəsiqə qazanan növbəti komanda müəyyənləşib.

Teleqraf xəbər verir ki, Premyer Liqa klubu “Qəbələ” doğma meydanda I Liqa təmsilçisi “Şəfa”nı qəbul edib - 2:1.

Baş hakim Əli Əliyevin idarə etdiyi görüşdə ilk qolu matçın 2-ci dəqiqəsində İbrahim Sanqare vurub. Cəmi 4 dəqiqə sonra qonaqların futbolçusu Emin Zamanov hesabı bərabərləşdirib. Görüşün 53-cü dəqiqəsində isə Sanqare ikinci dəfə rəqib qapısına yol taparaq komandasını hesabda önə çıxarıb.

Qeyd edək ki, Bu gün 19:00-da “Kəpəz” Araz-Naxçıvan”la, “Sumqayıt” “Difai” ilə qarşılaşacaq. Daha əvvəl “Qarabağ” “Karvan-Yevlax”ı (3:0), Sabah” “İmişli”ni (2:1), “Şamaxı” “Bakı Sportinq”i (1:0), “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” isə əlavə vaxtda “Neftçi”ni (1:0) məğlub edərək 1/4 finala vəsiqə qazanmışdı.