BAKI, 2 dekabr. TELEQRAF
“Bizon Azərbaycan Kuboku”nun 1/4 finalına vəsiqə qazanan ilk komandalar müəyyənləşib.
Teleqraf xəbər verir ki, Premyer Liqa təmsilçisi “Turan Tovuz" I Liqa klubu “Şahdağ Qusar”ı turnirdən kənarlaşdıraraq adını növbəti mərhələyə yazdırıb.
“SOCAR Polymer Arena”da keçirilən qarşılaşma Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda qərb klubunun qollarını Ayxan Hüseynov (4-cü dəqiqə, penalti) və Aleks Souza (64) vurublar. Qusar komandasının yeganə qolunu isə Famil Camalov (76) vurub.
Qeyd edək ki, günün digər qarşılaşması “Zirə” və “Neftçi” arasında keçiriləcək. Tural Qurbanovun idarə edəcəyi oyunun start fiti saat 19:00-da səslənəcək. Mərhələyə isə dekabrın 4-də yekun vurulacaq.