BAKI, 29 oktyabr. TELEQRAF
Bizon Azərbaycan kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, növbəti 6 komanda 1/8 finala adlayıb.
“Qəbələ” doğma meydanda “Mingəçevir”i 5:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.
29 oktyabr (çərşənbə)
14:00. “Şimal” – “Şahdağ Qusar” - 0:2
Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
14:00. “Xankəndi” – “Difai” - 1:2
Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt” - 0:3
Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu
***
16:00. “Qəbələ” – “Mingəçevir” - 5:1
Qol: Domi Massumo, 44. Prins Ovusu, 50; 54; 63. Nuğay Rəşidov, 66 - Cona Attukuaye, 57.
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu
16:00. “Səbail” – “Şamaxı” - 0:1
Qol: Alfons Msanqa, 49
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”
19:00. “Neftçi” – MOİK - 6:2
Qol: Vensan Abubakar, 8, 42. Nihad Qurbanli, (öz qapısına), 26. Ağadadaş Salyanski, 61.Murad Məmmədov, 70. Sessi Dalmeyda, 83 // Elmar Məmmədov, 45+1. Elvin Camalov, (öz qapısına), 48
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”
Qeyd edək ki, mərhələnin ilk oyun günündə "Kəpəz", “İmişli”, “Karvan-Yevlax”, “Şəfa”, Baku Sportinq” və “Turan Tovuz” növbəti mərhələyə adlayıb.1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 2-3-də keçiriləcək.