BAKI, 30 avqust. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyununda iddia komandalardan “Zirə” mövsümə uğursuz start verən “Kəpəz”i sınağa çəkəcək. “Zirə” son 6 oyunda qalib gəlib. “Kəpəz” səfərdə qələbəyə həsrətdir.

Günün son oyununda “Araz-Naxçıvan”la “Qəbələ” qarşılşacaq. “Araz-Naxçıvan” ev qarşılaşmalarını qolsuz tərk etməyib. Naxçıvan təmsilçisinin öz meydanında keçirdiyi oyunlarda 2 qol qeydə alınıb.

Qeyd edək ki, turun açılış oyununda dünən “Sumqayıt” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. “Turan Tovuz” isə səfərdə 1:0 hesabı ilə “Neftçi”ni məğlub edib. Tura sabah keçirilən oyunlarla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

30 avqust

18:00 “Zirə” – “Kəpəz”

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İK stadionu

20:30 “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elman Musayev

“Liv Bona Dea Arena”