BAKI, 23 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Nikosiyada Fransız-Kipr məktəbində şagirdlərlə görüşdə siyasətdən gedəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Makron qeyd edib: "Mən əvvəllər siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam".
RTL radiosu hesab edir ki, Fransa lideri bununla prezidentlik müddətinin bitməsindən sonra siyasətdən getmək niyyətini açıq şəkildə bəyan edib.
Daha sonra Makron jurnalistlərin sualına cavab olaraq deyib: "Nə özümün, nə də Fransanın siyasi həyatı ilə bağlı şərh vermək niyyətində deyiləm".
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprelində planlaşdırılıb.
İkinci prezidentlik müddəti bitdikdən sonra Makron artıq prezidentliyə namizədliyini irəli sürə bilməyəcək, çünki konstitusiya prezidentin səlahiyyətlərini iki mandatla məhdudlaşdırır.