BAKI, 30 avqust. TELEQRAF

Portuqaliya millisinin DÇ-2026-nın növbəti seçmə oyunları üçün heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Kriştianu Ronaldu yenə milliyə dəvət alıb. A Seriyasının ilk turunda zədələnən "Milan"ın oyunçusu Rafael Leao heyətdən kənarda qalıb.

Qapıçılar: Dioqu Koşta (“Portu”), Ruy Silva (“Sportinq”), Jose Sa (“Vulverhempton”);

Müdafiəçilər: Dioqu Dalot (“Mançester Yunayted”), Joao Kanselu (“Əl-Hilal”), Ruben Dias (“Mançester Siti”), Renato Veyqa (“Vilyarreal”), Antonio Silva (“Benfika”), Nuno Mendeş (PSJ), Qonsalu İnasiu (“Sportinq”);

Yarımmüdafiəçilər: Joau Palyinaya (“Tottenham”), Joao Neveş, Vitinya (hər ikisi PSJ), Ruben Neveş (“Əl-Hilal”), Bruno Fernandeş (“Mançester Yunayted”), Bernardu Silva (“Mançester Siti”);

Hücumçular: Kriştianu Ronaldu (“Əl-Nəsr”), Pedru Netu (“Çelsi”), Fransişku Trinkan (“Sportinq”), Fransisko Konseysau (“Yuventus”), Qonsalu Ramuş (PSJ), Pedru Qonsalveş (“Sportinq”), Joao Feliks (“Əl-Nəsr”).

Xatırladaq ki, Roberto Martinesin yetirmələri DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistan (6 sentyabr) və Macarıstan (9 sentyabr) ilə qarşılaşacaq. Hər iki oyun səfərdə olacaq.