BAKI, 30 avqust. TELEQRAF

"Milan" futbol üzrə İtaliya çempionatının II turunda səfərdə "Leççe"ni 2:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qonaq komandanın heyətində Ruben Loftus-Çik (66-cı dəqiqə) və Kristian Pulişiç (86) fərqlənib. İlk qolun ötürməsini “Milan”ın 39 yaşlı xorvatiyalı yeni transferi Luka Modriç verib.

"Milan" İtaliya A Seriyasında Massimiliano Alleqrinin rəhbərliyi altında ilk qələbəsini qazanıb. Komanda ölkə çempionatının ilk turunda evdə "Kremoneze"yə uduzub (1:2).

Növbəti turda “Milan” “Bolonya”nı qəbul edəcək. Qarşılaşmalar sentyabrın 14-də baş tutacaq.