BAKI. 29 iyul. TELEQRAF

İngiltərənin "Mançester Siti" klubu "Börnli"nin qapıçısı Ceyms Traffordu transfer edib.

Teleqraf "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə 2030-cu ilin iyununadək müqavilə bağlanılıb.

Onun keçidindən ötrü 27 milyon funt sterlinq (30,7 milyon avro) ödənildiyi bildirilir.

Qeyd edək ki, Ceyms Trafford ötən mövsüm Çempionşipdə 45 oyunun 29-da qapısını toxunulmaz saxlayıb. Transfermarkt ona 22 milyon avro qiymət qoyub.