BAKI, 25 aprel. TELEQRAF
Amerika və İran nümayəndə heyətləri arasında birbaşa danışıqlar aprelin 27-də İslamabadda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumat verib.
"ABŞ nümayəndələri ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında görüş bazar ertəsi günü baş tuta bilər. Əraqçi şənbə və bazar günləri Pakistan tərəfdaşları ilə görüşlər keçirəcək. Bu əlaqələr ABŞ ilə danışıqların bərpasına yönələcək" - məlumatda qeyd olunur.