BAKI, 25 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel barədə səsləndirilən iddialara baxmayaraq, ona etimadını saxlayır.

Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, prezident hüquq-mühafizə orqanlarının fəaliyyətinə inamını davam etdirir.

Onun sözlərinə görə, dövlət başçısı FTB rəhbərliyinin və hüquq-mühafizə komandasının son dövrdə olduğu kimi, bundan sonra da cinayətkarlıqla mübarizəni effektiv şəkildə davam etdirəcəyinə əmindir.

Qeyd edək ki, daha əvvəl "The Atlantic" nəşrində dərc olunan məqalədə FTB əməkdaşlarının Keş Patelin davranışlarından narahat olduğu, onun spirtli içkilərdən sui-istifadə etdiyi və tez-tez işə gəlmədiyi iddia olunub.