BAKI, 24 aprel. TELEQRAF
"Hərtərəfli razılığa gəlmək üçün İrana qarşı sanksiyaları tədricən yumşaltmağa hazırıq".
Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.
"Lakin biz hələ o mərhələyə çatmamışıq. Üç vacib addım atılmalıdır: İlk növbədə boğazda naviqasiya azadlığını təmin edəcək sürətli və aydın bir razılaşma əldə edilməlidir."
O qeyd edib ki, İrana qarşı sanksiyaların yumşaldılması bu prosesin bir hissəsi ola bilər.