BAKI, 25 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS hərəkatına məxsus bir neçə silahlı şəxsin zərərsizləşdirildiyini bildirib.
Teleqraf xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, silahlı şəxslər İsrail hərbçilərinə yaxınlaşarkən müşahidə olunub və təhlükənin qarşısını almaq məqsədilə hava zərbəsi endirilib.
Açıqlamada qeyd olunub ki, zərbə nəticəsində HƏMAS-a aid olduğu bildirilən silahlı şəxslər məhv edilib.
Ordunun mətbuat xidmətindən bildirilib ki, əməliyyat zamanı mülki əhaliyə zərər vurulmaması üçün tədbirlər görülüb. Bu çərçivədə yüksək dəqiqlikli silahlardan istifadə edildiyi və havadan müşahidənin həyata keçirildiyi vurğulanıb.