BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Sabah" - "Qarabağ" matçından sonra gərgin anlar yaşanıb.

Teleqraf xəbər verir ki, matçdan sonra paltardəyişmə otağının dəhlizində qonaqların futbolçusu Marko Yankoviçlə oyunun baş hakimi Rəvan Həmzəzadə əlbəyaxa dava səviyyəsinə çatıb.

Polisin, Qurban Qurbanov və digər şəxslərin müdaxiləsi insidentin böyüməməsi ilə nəticələnib.

Görüntülərdə Yankoviç hakimin üzərinə yeriyib, referi isə əli ilə işarə edərək onu otağa söhbətə çağırıb.

Həmin anın videosunu təqdim edirik: