BAKI, 24 aprel. TELEQRAF
Şanxay Əməkdaşlıq Təşkikatı (ŞƏT) dövlətlərinin xarici işlər nazirlərinin müavinləri Moskvada keçirilən məsləhətləşmələr zamanı İran ətrafındakı münaqişənin tez bir zamanda siyasi və diplomatik həllinin vacibliyini vurğulayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
"ABŞ və İsrailin ŞƏT üzvü olan İrana qarşı təcavüzkar hərəkətləri nəticəsində dünyada gərginliyin kəskin şəkildə artması ciddi narahatlıqla səbəb olub. Münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həlli zəruridir", - deyə Rusiya XİN-dən bildirib.
Məsləhətləşmələr aprelin 24-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun sədrliyi ilə keçirilib. İştirakçılar həmçinin ŞƏT liderlərinin təşkilatın fəaliyyətinin hazırkı şəraitdə təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılaşmaların həyata keçirilməsi üçün prioritet vəzifələri müzakirə ediblər.