BAKI, 24 aprel. TELEQRAF
Mövsümün sonunda Ernesto Valverde ilə yollarını ayıracaq "Atletik Bilbao" baş məşqçi vəzifəsi üçün Edin Terziçlə razılığa gəlib.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, 43 yaşlı alman məşqçi ilə La Liqa klubu arasında prinsipial razılaşma əldə olunub.
2024-cü ildə "Borussiya Dortmund"dan ayrıldıqdan sonra istirahət edən Terçizin "Atletik"lə yeni müqavilə imzalamağa hazır olduğu bildirilib.
Qeyd edək ki, alman mütəxəssis 2022-2024-cü illərdə çalışdığı müddətdə "Borussiya Dortmund"u Çempionlar Liqasının finalına çıxarmışdı.