BAKI, 25 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı, Rusiya Prezidenti Vladimir Putini və Çin lideri Si Cinpini "Avropanın düşmənləri" adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Makron bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin Avropaya qarşı olmaları qeyri-adi hal kimi qiymətləndirilməməlidir.
Makron Avropanı ABŞ-yə güvənmək əvəzinə, öz təhlükəsizliyini gücləndirməyə çağırıb.