BAKI, 24 aprel. TELEQRAF
Pep Qvardiola bu yay "Mançester Siti"dəki 10 illik karyerasına son qoya bilər.
Teleqraf xəbər verir ki, İtaliya Futbol Federasiyası Qvardiolanı milli komandaya baş məşqçi təyin etmək istəyir.
İtaliya Futbol Federasiyası üçün ən böyük problem Pep Qvardiolanın "Mançester Siti"dəki 14 milyon avroluq maaşıdır. Hesabatda bildirilir ki, federasiyanın bunu ödəməsi mümkün deyil, lakin sponsor dəstəyi ilə razılaşma əldə edilə bilər.
Pep Qvardiola məşqçilik karyerasına "Barselona"da başlayıb, daha sonra "Bavariya" və "Mançester Siti"də çalışıb. O, 10 ildir ki, "Mançester Siti"də çalışır.