BAKI, 24 aprel. TELEQRAF

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı futbolçusu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

18 yaşlı istedadlı oyunçu aprel ayında 3 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. O, bu mükafat uğrunda “Alaves”dən Lukas Boye, “Malyorka”dan Vedat Muriqi, “Real Sosyedad”dan Karlos Soler və “Ovyedo”dan Federiko Vinası qabaqlayıb.

Bu mövsümdə Yamal üçüncü dəfə ayın ən yaxşısı adını qazanır. Daha öncə o, noyabr və dekabr aylarında da bu mükafata layiq görülmüşdü.