BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-nin tələblərinə cavab olaraq atəşkəslər bağlı təklif vermək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp "Reuters"ə müsahibəsində bildirib: "Təklif edirlər və görəcəyik" .

ABŞ lideri İranın təkliflərinin mahiyyəti barədə danışmayıb.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ prezidentinin elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün şənbə günü İslamabada gedəcəyini açıqlayıb.