BAKI, 24 aprel. TELEQRAF

İsrail 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənububa zərbələr endirib.

Teleqraf Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, İsrail ordusu Tir əyalətindəki Yatir şəhərinə hava hücumu edib.

Hücum nəticəsində yaralananların olduğu bildirilir.

İsrail ordusu həmçinin gün ərzində işğal etdiyi ərazilərdən kənarda yerləşən Deyr Amis şəhərinə üç hava hücumu həyata keçirib.

Atəşkəsin pozulmasına cavab olaraq Livanın cənubundakı Kantara şəhərində İsrail hərbi qüvvələri atəşə tutulub.

İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumları başladaraq, ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti həmçinin bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyon 162 min nəfəri keçdiyini açıqlayıb.