BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İsrail və Hizbullah arasında atəşkəsin üç həftəlik uzadılmasını elan etməsindən bir gün sonra İsrailin Baş naziri Binyamin Netanyahu Hizbullahın atəşkəsi pozmağa çalışdığını bildirib.

Teleqraf "The Times of Israel"ə istinadən xəbər verir ki, Netanyahu Livanla tarixi sülhə nail olmaq prosesinə başlanıldığını və Hizbullahın bunu pozmağa çalışdığını deyib: "Biz istənilən təhdidə qarşı tam hərəkət azadlığını saxlayırıq. Biz dünən də, bu gün zərbə endirdik. Xalqımız üçün təhlükəsizliyi bərpa etmək əzmindəyik. Mən sizə söz vermişdim ki, biz Yaxın Şərqin simasını dəyişdirəcəyik və biz məhz bunu edirik."

Netanyahi Prezident Trampla çox gözəl söhbətinin olduğunu da diqqətə çatdırıb: "O, həm iqtisadi, həm də hərbi baxımdan İrana çox güclü təzyiq göstərir. Biz tam əməkdaşlıq çərçivəsində çalışırıq".