BAKI, 24 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti J.D. Vens İslamabadda İranla həftəsonu keçiriləcək danışıqlarda iştirak etməyi planlaşdırmır, lakin ikitərəfli məsləhətləşmələrdə irəliləyiş əldə olunarsa, ora getməyə hazır olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə bildirib.

"Ümid edirik ki, irəliləyiş olacaq və ümid edirik ki, bu görüş müsbət nəticələrə gətirib çıxaracaq. Prezidenti Donald Tramp, Dövlət Katibi Marko Rubio ABŞ-də yenilikləri izləyəcəklər. Anladığım qədəri ilə, Vitse-prezident hazırlıq vəziyyətindədir və əgər onun iştirakının zəruri olduğu ortaya çıxsa, Pakistana səfər edəcək", - deyə Ağ Evin mətbuat katibi əlavə edib.