BAKI, 24 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İranın xarici işlər naziri ilə danışıqlar aparmaq üçün tezliklə Pakistana səfər edəcəklər .
Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmisi "Reuters" agentliyinə bildirib.
Vitse-prezident J.D. Vens hazırda görüşdə iştirak etməyi planlaşdırmır, lakin danışıqlarda irəliləyiş əldə edildikdə hazırlıq vəziyyətində olacaq və İslamabada getməyə hazır olacaq.