BAKI, 24 aprel. TELEQRAF
Uzun müddətdir zədədən əziyyət çəkən "Fənərbağça"nın futbolçusu Marka Asensionun son durumu bəlli olub.
Teleqraf xəbər verir ki, həkimlərin nəzarəti altında bərpa prosesi keçən Asensio fərdi hazırlıq mərhələsini uğurla tamamlayıb. O, ötən gün İstanbul derbisi üçün hazırlıqlara başlayan "sarı-lacivərdlilər"lə yüngül məşqlərdə iştirak edib.
İspaniyalı futbolçunun yaxın günlərdə komanda məşqlərinə qoşulacağı gözlənilir. Onun xüsusilə "Qalatasaray"la oyundan əvvəl tam hazırlıq prosesinə qayıtması planlaşdırılır.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi aprelin 26-sı saat 21:00-da keçiriləcək.